Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
17.09.2020 [11:56]
Xəbərin mətni
Binəqədi rayonunda yaşayan paytaxt sakini Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb. Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb.