Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərdi təsərrüfatlardan oğurluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar

17.09.2020 [14:29]

Xəbərin mətni

Zərdab rayonunda ayrı-ayrı şəxslərə məxsus fərdi təsərrüfatlardan xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab, Göyçay və Qəbələ Rayon Polis şöbələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri - Göyçay rayon sakini Səfa Xəlilov və Qəbələ rayon sakini Şamil Əlibəşirov tutulublar.