CƏMİYYƏT


Yevlax şəhərində tikinti-quruculuq işləri davam etdirilir

Yevlax şəhərində tikinti və abadlıq işləri davam etdirilir, park və küçələr, çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Yevlax şəhərinin Kamil Sabitov küçəsində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Küçənin 950 metr hissəsində işlər başa çatdırılıb. Yol kənarlarına 1800 kvadratmetr dəmir beton səkidaşları düzülüb, 2,5 metr enində səkilər çəkilib, 6 min kvadratmetr yaşıllıq sahəsi salınıb.