SİYASƏT


Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə edilib

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları ilə görüşüb.AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl səfir konqresin yerləşdiyi ofislə tanış olub. Tanışlıq zamanı səfirə konqresin gördüyü işlər və perspektivlər barədə geniş məlumat verilib.Sonra səfir Elmira Axundovanın, konqresin sədri Rövşən Tağıyevin, Ukrayna Ali Radasının deputatı Sergey Tarutanın, Prezident Ofisinin Xarici siyasət direktoratının nümayəndəsi Andrey Sklyarın, Ukraynanın Vergi Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun və digərlərinin iştirakı ilə Azərbaycan diasporunun Ukraynada fəaliyyəti, ölkələrimizin əməkdaşlığının inkişaf perspektivləri barədə müzakirələr aparılıb.