MƏDƏNİYYƏT


Qubada yaşayan dağ yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər

Bütün dünya yəhudiləri kimi, Qubadakı Qırmızı qəsəbə sakinləri də yəhudi təqviminə görə 5781-ci ili qarşılayırlar. Roş-Ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.
Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar kütləvi bayram tədbirləri, dini ayinlər keçirilməsə də, qəsəbədə hər kəs öz ailəsi, doğmaları ilə bu bayramı qeyd edir.