CƏMİYYƏT


Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxs saxlanılıb

Paytaxtın Nizami rayon sakini idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2 min manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb.Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə məlumat verib.