CƏMİYYƏT


Mağazadan oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edib ki, naməlum şəxs mağazada soyuducunun üzərindən ona məxsus 220 manat pulu götürərək qaçmaq istəyib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.