Quba-Qusar batalyonunun veteran döyüşçüləri cəbhəyə könüllü yollanmaq üçün müraciət ediblər
30.09.2020 [16:39]
Xəbərin mətni
Qarabağ müharibəsində şücaət göstərən Quba-Qusar batalyonunun veteran döyüşçüləri cəbhəyə könüllü yollanmaq üçün müraciət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, veteran döyüşçülər düşmənin iyul ayındakı təxribatlarından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə gedərək qeydiyyatdan keçiblər.