SİYASƏT


Almaniya telekanalı Azərbaycan səfirinin Ermənistanın son təxribatları barədə müsahibəsini yayıb

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bu ölkənin “TV Berlin” telekanalına Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı son hərbi təxribatları barədə geniş müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi-hüquqi aspektləri, Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi, Ermənistanın son təxribatları, mövcud vəziyyətdə xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Almaniyanın tutduqları mövqe, ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqların səmərə verməməsi və sair barədə yerli ictimaiyyəti məlumatlandırıb.