SİYASƏT


Azərbaycan səfiri bir qrup fransız jurnalistlə mətbuat konfransı keçirib

Türkiyə ölkəmizə yalnız mənəvi və siyasi dəstək verir. Türkiyə ölkəmizə dəstək səsləndirərkən beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır. Türkiyədən başqa ölkələr, Asiya ölkələrindən, eləcə də Avropa İttifaqına üzv ölkələrdən bir çoxu Azərbaycanı dəstəklədiklərini bildirib. Burada hər hansı bir qəbahət yoxdur. Azərbaycanda muzdlu yoxdur, heç Azərbaycanın muzdlulara ehtiyacı da yoxdur. On milyon əhalisi olan Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bir qrup fransız jurnalistlə görüşdə səsləndirib. Səfir son günlər Ermənistanın hərbi təxribatı ilə başlayan müharibə haqqında danışıb, jurnalistlərin müxtəlif səpkili suallarını cavablandırıb.