SİYASƏT


Yaponiyanın “YouTube” kanalında Ermənistanın təxribatları barədə növbəti veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatları barədə növbəti veriliş yayımlanıb.AZƏRTAC xəbər verir ki, verilişin aparıcıları Kazuyasu İşida və Yasuhiro İşibaşi artıq 10 gündür davam edən və bütün dünya mətbuatının diqqətini özünə çəkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin illərdir Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığı vurğulanıb.