CƏMİYYƏT


ASAN könüllülərindən 12 yaşlı İsranura hədiyyə

Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib. İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbaycana göndərib.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə mətbuatında geniş yayılmış bu xəbər ASAN könüllülərinin diqqətindən yayınmayıb. Belə ki, onlar qardaş ölkədən olan İsranurun qayğıkeş addımına cavab olaraq dərslərini daha rahat oxumaları üçün ona və bacı-qardaşlarına 2 noutbuk alıb və ürək sözlərini ifadə edən məktub yazıblar.