SİYASƏT


Nazir Hulusi Akar: Ermənistanın Qarabağı işğal etməsinə səssiz qalmaq ikiüzlülükdür

Ermənistanın Qarabağı işğal etməsi və dinc əhaliyə qarşı qətliamlar törətməsi qarşısında susanların sərgilədiyi mövqe tamamilə ikiüzlülükdür.AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar söyləyib.Ermənistanın işğalçılıq siyasətini və avantürist davranışını sərt şəkildə tənqid edən nazir deyib: “Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar səslərini çıxarmayanlar atəşkəs çağırışı yerinə Ermənistanı Qarabağı tərk etməyə çağırsalar, daha düzgün olar. Bundan sonra daha 30 il gözləyə bilmərik. Həll mexanizminə beynəlxalq nüfuz qazandırmaq üçün fürsət yaranıb”.