SİYASƏT


Ukraynada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə dəstək müraciəti qəbul ediblər

Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkədə fəaliyyət göstərən ziyalı, diaspor rəhbərləri, iş adamları olan soydaşlarımızla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Ermənistanın təxribatı nəticəsində həlak olan mülki şəxslərin, hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.