SİYASƏT


Azərbaycanın Baş prokuroru: Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar cinayət işi başlanıb

Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə oktyabrın 11-də gecə saat 2 radələrində xalqımıza qarşı növbəti qanlı terror aktı törədilib, Azərbaycanın cəbhə zonasından xeyli məsafədə yerləşən ikinci böyük şəhəri, 500 mindən çox əhalisi olan qədim Gəncə şəhəri düşmən tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə ilkin məlumata görə 4-ü qadın olmaqla 9 mülki şəxs həlak olub, 30-dan çox şəxs yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Hazırda mütəxəssislər tərəfindən dəqiqləşdirmələr aparılır.