CƏMİYYƏT


Qubada qəza: bir nəfər ölüb, iki nəfər yaralanıb

Oktyabrın 12-də Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Nügədi yolunda UAZ və “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində Qubanın Möhüc kənd sakini Bəhram İsayev ölüb.
Müxtəlif xəsarətlər alan daha iki nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.