SİYASƏT


Prezident İlham Əliyev: Moskvada əldə olunan razılaşma bizim maraqlarımıza tam cavab verir

Moskvada əldə olunan razılaşma, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir. Çünki ilk növbədə orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində söyləyib.