SİYASƏT


Azərbaycan Prezidenti: Bizim icazəmiz olmadan hər hansı ölkə bizim torpağımıza sülh gücləri göndərə bilməz

Hər kəs anlamalıdır ki, bu gün sülh güclərinin göndərilməsi deyəndə Azərbaycan torpaqlarından, suveren Azərbaycan ərazisindən söhbət gedir. Bizim icazəmiz olmadan hər hansı ölkə sülh güclərini bizim torpağımıza göndərə bilməz. Bu, qanuna, beynəlxalq hüquqa ziddir. Bu, qəbiledilməzdir. Ona görə belə bir narahatlıq bizdə yoxdur.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Qarabağa sülh güclərinin göndərilməsi ilə bağlı fərziyyələrə münasibət bildirərkən deyib.