Ermənistan ordusu Füzuli rayonu ərazisini növbəti dəfə raket atəşinə tutub
14.10.2020 [18:59]
Xəbərin mətni
Humanitar atəşkəs razılaşmasına əməl etməyən Ermənistan silahlı qüvvələri Füzuli rayonu ərazisini növbəti dəfə raket atəşinə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, mülki əhaliyə hədəflənmiş raketlər rayonun 2 kəndində əkin sahələrinə düşüb. Raketlər düşdüyü ərazilərdə dərin çuxurlar əmələ gətirib.