CƏMİYYƏT


Ermənilər Füzulidə narkotik istehsal edirmişlər

Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fakt bir neçə maraqlı mətləbdən xəbər verir. Yada salaq ki, Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var.