Füzuli sakinlərinin qələbə sevinci
17.10.2020 [22:24]
Xəbərin mətni
Şanlı Azərbaycan əsgərinin zəfər yürüşü davam edir. Hər gün cəbhədən gələn qələbə xəbərləri hər bir azərbaycanlını sevindirir. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu gün xalqa müraciətində Füzuli şəhərini və ətraf bir neçə kəndin azad edilməsi xəbərini Füzuli sakinləri böyük sevinclə qarşılayıblar.