Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycana rəsmi səfərə gəlib

18.10.2020 [17:37]

Xəbərin mətni

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Böyük Millət Məclisi Sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.