SİYASƏT


Tallindəki Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Estoniyadakı Azərbaycan Evinin binası qarşısında Azərbaycanın Gəncə şəhərinin erməni silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olanların xatirəsinə improvizə edilmiş memorial guşə yaradılıb.AZƏRTAC xəbər verir ki, Tallin şəhərinin sakinləri, o cümlədən Azərbaycan diasporunun üzvləri Azərbaycan Evinin qarşısına güllər düzür, erməni silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması ilə əlaqədar başsağlığı verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır