SİYASƏT


Ermənistanın Gəncəyə raket hücumları nəticəsində həlak olanların xatirəsi Litvada da yad edilib

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Litvadakı səfirliyinin binasının önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət xatirə guşəsi yaradılıb.AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının ağır nəticələrinə dair şəkillər və məlumatlar nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır