SİYASƏT


Səfir Ramin Həsənov Berlində mətbuat konfransı keçirib

Federal hökumətin brifinqlərinin keçirildiyi Federal Mətbuat Konfransının zalında səfir Ramin Həsənovun “Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış“ adlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda səfir Həsənovla yanaşı həmçinin, səfirliyimizlə sıx əməkdaşlıq edən, Rur Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse də iştirak edib. Nəzərinizə çatdırırıq ki, Federal Mətbuat Konfransının binasında demək olar ki, Almaniyada fəaliyyət göstərən bütün əsas xəbər agentliklərinin və KİV-lərin büroları yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır