Əliyevlər ailəsi: Zəngilana qayıdacağımız günü səbirsizliklə gözləyirik
23.10.2020 [19:15]
Xəbərin mətni
Azərbaycan Ordusunun əks-hücum həmləsi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin müxtəlif bölgələrdə məskunlaşmış zəngilanlıların uzun müddətdən bəri yaşadıqları həsrətə son qoyub.AZƏRTAC-ın bölgə müxbiri Cəlilabad rayonunun Ocaqlı kəndində müvəqqəti məskunlaşmış Zəngilandan olan Əliyevlər ailəsi ilə görüşərək, qələbə sevincini onlarla birgə yaşayıb.