Ermənistan silahlı qüvvələrinin Daşkəsən rayonuna hücumu nəticəsində meşə yanğını başlayıb
26.10.2020 [16:39]
Xəbərin mətni
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində bildirib.