Ağdamın yaşayış məntəqələri artilleriya atəşinə tutulub - REPORTAJ
08.11.2020 [13:24]
Xəbərin mətni
Ermənistan silahlı qüvvələri noyabrın 8-də Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Rayonun Əfətli, Qaradağlı, Mahrızlı, Çıraqlı, Xındırıstan, Ayaq Qərvənd, Təzəkənd kəndlərinə ümumilikdə 100-dən artıq mərmi düşüb. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyib.