CƏMİYYƏT


Cəbhədə 400-dən çox hərbçisi olan Çaylı kəndi - REPORTAJ

Bu gün döyüş meydanında düşmən ordusunun təxribatlarına layiqincə cavab verən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edərək bizə yeni zəfərlər bəxş edir. İgidlərimizin canı və qanı bahasına əldə olunan bu zəfərlərdə biləsuvarlı Vətən oğullarının da payı az deyil. Mübarizlər yetişdirən diyardan minlərlə oğul ön cəbhədə düşmənə qan uddurur.AZƏRTAC xəbər verir ki, 2000 nəfərdən artıq əhalisi olan Biləsuvarın Çaylı kəndindən hazırda Azərbaycan Ordusunda 450 nəfərə yaxın əsgər, gizir və zabit xidmət edir. Kənd sakinlərinin sözlərinə görə, bəzi ailələrdən hətta 3 qardaş ön cəbhədə düşmənlə haqq savaşındadır.