Şanlı Qələbənin sevinci: Şamaxılılar qələbə xəbərini böyük coşqu ilə qarşılayıblar
10.11.2020 [18:29]
Xəbərin mətni
Şamaxı sakinləri tarixi qələbəni, bununla bağlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciətini böyük sevinclə qarşılayıblar.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, ölkə başçısının qələbə münasibətilə xalqa müraciətindən sonra insanlar kütləvi sürətdə çıxaraq əllərində bayraq, dillərində qürurverici şüarla küçələrə çıxıblar.