CƏMİYYƏT


Ermənistan ordusunun raket hücumları nəticəsində Gəncəyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Gəncə, Mingəçevir, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam ediliblər.