SİYASƏT


AZƏRTAC ilə Qətər KİV-lərinin sıx əməkdaşlıq əlaqələri məmnunluq doğurur

Noyabrın 13-də Qətər dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə AZƏRTAC-da keçirilən görüşdə Azərbaycan həqiqətlərinin ərəb ölkələrinin xəbər agentliklərində obyektiv işıqlandırılmasının əhəmiyyətinə toxunulub, AZƏRTAC-ın Qətər KİV-ləri ilə getdikcə genişlənən əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.