SİYASƏT


ARTE telekanalı Qarabağa dönüşlə bağlı reportaj yayımlayıb

Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE “Qarabağa dönüş” adlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı uşaqların Dövlət Himnimizi oxuması ilə başlayan reportajda şəhər sakinlərinin Qələbəni böyük sevinclə qeyd etdiyi bildirilir.
Vurğulanır ki, Azərbaycanın qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Füzuli sakinləri də var.