Azərbaycan Dövlət İnformasiya Agentliyi

Münhendə Qarabağda qazanılan qələbə münasibətilə avtoyürüş keçirilib

16.11.2020 [10:29]

Xəbərin mətni

Almaniyanın Münhen şəhərində Munhen Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağda qazandığı böyük qələbə münasibətilə avtoyürüş keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin mərkəzi meydan və prospektlərindən keçib. İştirakçılar şəhərin müxtəlif yerlərində bir neçə dəfə dayanaraq “Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycan-Türkiyə- Gürcüstan qardaşlığı!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI