CƏMİYYƏT


Kiyevdə məsciddə Azərbaycanın Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyevdə İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi anılıb və ehsan süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevin “Ər-Rəhman” məscidində keçirilən anım tədbiri “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.