CƏMİYYƏT


Erməni faşistlərinə ağır zərbələr endirən topçu Aybek

Topçu Aybek Rizmanov Saatlının Şirinbəyli kəndində dünyaya göz açıb. Əslən axısqa türkü olan gənc orta məktəbi oxumaq üçün Türkiyəyə köçsə də, hərbi xidmətini yerinə yetirmək üçün doğma Vətəni Azərbaycana qayıdır. O, topçu olaraq xidmətini yerinə yetirir. Sentyabrın 27-dən başlayan döyüşlər zamanı düşmənə ağır zərbələr endirən Aybek bu xidmətinə görə təltif də edilib.