SİYASƏT


Azərbaycan Prezidenti: Biz Ermənistan ordusunu çökdürdük, Ermənistanın cinayətkar rəhbərlərinə dərs verdik

Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?!
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın hazırkı və keçmiş rəhbərlərinin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışarkən səsləndirib.