CƏMİYYƏT


Cəsur zabit Elçin Muradov yaralanmasına baxmayaraq, döyüş yoldaşlarını mühasirədən çıxarıb

Səkkiz saat düşmən mühasirəsində qalan cəsur zabitimiz Elçin Muradov minalanmış sahədən düzgün addımlayaraq 10-dan çox yaralı hərbçini döyüş meydanından çıxarmağı bacarıb. Mühasirədə ayağından yaralansa da, düşmən səngərini döyüşərək ələ keçirən zabitimiz işğalçı ordunun xeyli canlı qüvvəsini məhv edib. Füzulidən Xocavəndə kimi qəhrəmancasına döyüşən cəsur zabitimiz Elçin Muradov aldığı çoxsaylı qəlpə yarasından hospitala yerləşdirilib.