SİYASƏT


Bolqarıstan kanalında Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması barədə məlumat verilib

Noyabrın 17-də Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin aparıcı televiziya kanallarından olan “Televiziya Evropa”nın “Svobodna zona” verilişinin aparıcısı, tanınmış telejurnalist Qeorqi Koritarovun canlı efirdə qonağı olub.
AZƏRTAC xəbər verir ki, bir saat davam edən müsahibə zamanı səfir Ermənistanın ölkəmizə qarşı 30 il davam edən hərbi təcavüzü, Qarabağ bölgəsi daxil olmaqla ölkəmizin işğal altındakı bütün ərazilərinə dəymiş ziyan, aparılmış qanunsuz məskunlaşma, Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən talan olunması barədə məlumat verib.