CƏMİYYƏT


Siyəzəndə səyyar “ASAN xidmət”dən gün ərzində 400 sakin faydalanır

Səyyar “ASAN xidmət” noyabrın 19-dan Siyəzən rayonunda fəaliyyət göstərir. Siyəzən və Xızı rayonlarının 60 minə yaxın sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.