Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

20.11.2020 [12:59]

Xəbərin mətni

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

BÖLMƏNİN DİGƏR VİDEOLARI