Azərbaycan Dövlət İnformasiya Agentliyi

İspaniyanın Dövlət Televiziyasında Ağdamın işğaldan azad olunması ilə bağlı süjet yayımlanıb

21.11.2020 [12:22]

Xəbərin mətni

İspaniyanın Dövlət Televiziyasının (RTVE) “Xəbərlər” proqramının buraxılışında noyabrın 20-də Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən Azərbaycan silahlı qüvvələrinin Ermənistan işğalından azad edilmiş Ağdam rayonuna daxil olduqları bildirilir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI