RƏSMİ


Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır