Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqəbli qazinin döyüş yolu

24.11.2020 [16:48]

Xəbərin mətni

Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardan biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Elvin Cəfərovdur. Yoldaşları arasında Mauqli ləqəbi qazanan və pulemyotçu olan Elvinin iştirak etdiyi hücumlardan birinin videosu da sosial şəbəkələrdə yayılıb.