SİYASƏT


Ukraynalı sahibkarlar Azərbaycanın işğaldan azad olunan ərazilərinin yenidən qurulmasında iştirak edə bilərlər

Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilən ərazilərinin yenidən qurulmasında fəal iştirak edə bilərlər. Azərbaycan dövləti artıq həmin ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi üçün dövlət proqramı hazırlayır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin rəqəmsal transformasiya nazirinin avrointeqrasiya məsələləri üzrə müavini Valeriya İonanla görüşündə söyləyib.