Qubada karantin rejimini pozan təmir sexlərinin sahibləri cərimələniblər
25.11.2020 [11:33]
Xəbərin mətni
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən avtomobil təmiri sexlərinin sahibləri cərimələniblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən avtomobil və təkər təmiri məntəqəsi aşkarlayıblar.