SİYASƏT


Prezident İlham Əliyev: Mənfur düşmənin dağıtdığı Kəlbəcər şəhəri, kəndlər yenidən qurulacaq

Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri, məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə xalqa müraciətində düşmənin Kəlbəcərdə törətdiyi vəhşilikdən danışarkən deyib.