Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycana daha 5 zubr gətirilib

25.11.2020 [16:23]

Xəbərin mətni

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 5 zubr gətirilib. Bununla da Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 19-a çatıb. Yeni gətirilən zubrlar bir müddət milli parkın ərazisində volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.