KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edir
09.12.2020 [16:41]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.