MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi Süleyman Ələsgərova videoçarx həsr edib

Beynəlxalq Muğam Mərkəzi (BMM) Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərova həsr olunmuş videoçarxı təqdim edib.AZƏRTAC xəbər verir ki, bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət videoçarxda sənətkar ömür yoluna nəzər salınıb.